Yəhudi təqvimi

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri · Hicri-şəmsi · İrland · Çin · Kont · Kopt · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

İvrit təqvimi və ya Yəhudi təqvimi ( ivr. הלוח העברי‎, ‎ ing. Hebrew calendar) yəhudilərin dini məqsədlərlə istifadə etdiyi təqvimdir. Aylar etibariylə qəməri, illər etibariylə Günəş əsaslı (Lunisolar) bir təqvimdir. Yəhudi bayramları və Matzevah mərasimləri kimi özəl günlərin tarixləri bu təqvimə görə müəyyən edilir. Təqvim Tanaxa görə dünyanın yaratıldığı gündə başlayır.

Bilinən ilk Yəhudi təqvimi Süleyman Peyğəmbərin dövründə yaradılan Qezer təqvimidir. On iki qəməri əsaslı aydan ibarətdir. Kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması məqsədi ilə yaradılmış olan təqvim qəməri əsasa sahib olmaqla birlikdə sonradan Günəş əsaslı təqvimə çevrildi.

İsrail oğulları isə Babil təqvim quruluşuna istinadən yaratdıqları və qarışıq sistemə sahib olan bir quruluşdan istifadə etmişdir. [1]

Təqvimin e.ə. 10-cu əsrdən qalmış bir nümunəsi İstanbul Arxeologiya Muzeyində saxlanılır. [2]

Yəhudi ayları

Yəhudi ayları qəməri aylardır. Ayın hərəkətlərinə görə tərtib edilib və hər biri 29 və ya 30 gün davam edir. Hər ay Yeni Ayın (Molad) ilk dəfə görünməsiylə başlayır və növbəti Yeni Ayın görünüşünə qədər keçən müddəti əhatə edir. Günəş təqvimində 12 ay olaraq hesablanan bir il qəməri əsaslı təqvimdə 12,4 ay olaraq hesablanır. Bu fərqin gizlədilməsi üçün İvrit təqviminə müəyyən aralıqlarla bir ay əlavə edilir. [1] [3] Artıq ay olan Adar II hər 19 ildə 7 dəfə əlavə edilir. Hər 19 ilin 12-də 12 ay var və 3-cü, 6-cı, 8-ci, 11-ci, 14-cü, 17-ci ve 19-cu illərə Adar II əlavə edilir.

Yəhudi təqvimində aylar belə sıralanır:

  1. Tişrey (rəsmi olaraq ilk ay)
  2. Xeşvan
  3. Kislev
  4. Tevet
  5. Şvat
  6. Adar
    1. VeAdar (artıq ay)
  7. Nisan (dini olaraq ilk ay)
  8. İyar
  9. Sivan
  10. Tammuz (ay)
  11. Av
  12. Elul
Digər dillərdə
Afrikaans: Joodse kalender
Alemannisch: Jüdischer Kalender
العربية: تقويم عبري
беларуская: Яўрэйскі каляндар
беларуская (тарашкевіца)‎: Габрэйскі каляндар
Esperanto: Hebrea kalendaro
Nordfriisk: Hebreewsk kalender
interlingua: Calendario hebree
Bahasa Indonesia: Kalender Yahudi
日本語: ユダヤ暦
한국어: 히브리력
македонски: Еврејски календар
Bahasa Melayu: Takwim Ibrani
Nederlands: Joodse kalender
norsk nynorsk: Det jødiske året
srpskohrvatski / српскохрватски: Hebrejski kalendar
Simple English: Hebrew calendar
Basa Sunda: Kalénder Yahudi
Türkçe: İbrani takvimi
Tiếng Việt: Lịch Do Thái
ייִדיש: יידישער לוח
中文: 希伯來曆
粵語: 猶太曆