USB

USB (Universal Serial Bus) - ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart. 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.

USB interfeysi portları və konnektorları

USB şini kontrollerinə konsentratorlar zənciri vasitəsilə 127-yədək ("ulduz" topologiyasından istifadə etməklə) qurğu qoşula bilər.USB kabeli 4 məftildən ibarətdir. Bunlardan bir cütü informasiyanı hər iki tərəfə ötürməyə, digər cütü isə gərginliyi 5V olan elektrik cərəyanı xətti kimi istfadə olunur. Bu xətt sayəsində USB portuna qoşulan periferiya qurğusu kənar cərəyan mənbəyinə ehtiyac duymadan qidalana bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu zaman cərəyan şiddətinin qiyməti 0,5A-i aşmamalıdır. Periferiya qurğuları USB interfeysinə fiziki qoşulmaq üçün əsasən A və B tip konnektorlardan istifadə edirlər.

USB interfeysi maksimal uzunluğu 5 m olan kabeldən və bir neçə cür konnektordan istifadə etməyə imkan verir.

Digər dillərdə
Afrikaans: USB
العربية: يو إس بي
беларуская: USB
български: USB
বাংলা: ইউএসবি
brezhoneg: Porzh USB
bosanski: USB
Ελληνικά: USB
English: USB
euskara: USB
فارسی: یواس‌بی
suomi: USB
galego: USB
Avañe'ẽ: USB
हिन्दी: यूऍसबी
hrvatski: USB
hornjoserbsce: Universal Serial Bus
Bahasa Indonesia: Universal Serial Bus
italiano: USB
қазақша: USB
ಕನ್ನಡ: ಯುಎಸ್‌ಬಿ
한국어: USB
Lëtzebuergesch: Universal Serial Bus
lumbaart: USB
lietuvių: USB
олык марий: USB
македонски: USB
Bahasa Melayu: Bas Bersiri Semesta
မြန်မာဘာသာ: ယူအက်စ်ဘီ
norsk nynorsk: Universal Serial Bus
norsk: USB
polski: USB
Piemontèis: USB
română: USB
русский: USB
sicilianu: USB
සිංහල: යූ.එස්.බී.
Simple English: Universal Serial Bus
Soomaaliga: USB
shqip: USB
српски / srpski: USB
తెలుగు: యుఎస్‌బి
Türkçe: USB
українська: USB
oʻzbekcha/ўзбекча: Universal Serial Bus
Tiếng Việt: USB
ייִדיש: USB
中文: USB
粵語: USB