Platin

78iridiumplatinqızıl
Pd

Pt

Ds
Pt-TableImage.png
Ümumi
Ad, İşarə, Nömrəplatin, Pt, 78
Qrup, Dövr, Blok10, 6, d
Xarici görünüşü
Platinum-nugget.jpg
Atom kütləsi195.084 q/mol
Elektron formulu4f14 5d9 6s1
Fiziki xassələr
Halıbərk
Sıxlığı(0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu1768.3 °C
(2041.4 K, 3214.9 °F)
Qaynama temperaturu3825 °C
(4098 K, 6917 °F)


Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir.

Platin

Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10-6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir.

Platin, gümüşü ağ rəngli, çok ağır, dəyərli bir metaldır. Kimyəvi adı Pt, atom nömrəsi 78, atom ağırlığı 195,09'dur.Sudan 21 dəfə daha ağırdır və ərimə nöqtəsi çox yüksekdir (1.769°C). Təbiətdə bəzən pal-ladyum, rodyum, iridyum, osmiyum ve rutenyum gibi azrak (ender rastlanan) metallardan bir ya da bir neçəsi ilə qarışıq halda tapılır. Platinin bir çox xüsusiyyətini daşıyan bu metallara "platin metalları" da deyilir.Platin, 18-ci əsrə qədər elim adamlarının diqqətini çox da çəkmədi. Daha əvvələr platin, ağırlığına görə zaman zaman saxta qızıl pul istehsalında istifadə edilməkdə idi.Daha əsas platin istehsalçısı ölkələr SSCB ve Cənubi Afrika'dır. Bundan başqa Kanada, ABŞ, Cənubi Amerka, Yeni Zelandiya ve İzlanda'da da az miqdarda platin çıxarılır.

Saf platin gümüşü-ağ (narın platin boz) rəngdə, çətin əriyən, ağır metaldır.

Xarakteristik birləşmələri-platin qrup elementlərindən yalnız OsRu öz qrupları üçün xarakterik olan oksidləşmə dərəcəsi göstərir və uyğun uçucu oksidlər OsO4RuO4 əmələ gətirir. Bu oksidlərə uyğun hidroksidlər mövcud deyil çünki onlar koordinasiya nöqteyi- nəzərdən doymuş birləşmələrdir. Onlar suda həll olur lakin heç bir qarşılıqlı təsirdə olmurlar.XVI əsrin ortasında ispanlar Amerikada gümüşə çox oxşar (ispanca plata), özləri üçün yeni olan platina adını verdilər, hərfi mənada “kiçik gümüş”, “gümüşcük” adını vermişlər.[1][2]. Bu, platinin olduqca çətin əriyən olması ilə izah olunur (platinin ərimə temperaturu 17700C-ə yaxındır). Və o vaxt o, gümüşdən iki dəfə ucuz idi.

XVIII əsrə qədər platin avropa kimyaçılarına məlum deyildi. O, Amerikadakı ispan kaloniyalarından gətirildikdə saxta pul kəsənlər onunla maraqlandılar. Aydın oldu ki, platin qızıl ilə birlikdə asan əriyir, onun sıxlığı qızılın sıxlığından bir qədər çoxdur. Lakin platin qızılı “ağardır” və artıq platinin ərintidə miqdarı 8,4% olduqda qızılın xarakterik sarılığı yoxa çıxır ki, bu da saxtalaşdırmanı çətinləşdirir. Amma, platindən olan diski qızıl pulun mərkəzinə yerləşdirmək olardı və heç bir Arximed saxtakarlığı aşkar edə bilməzdi. Ehtimal ki, bu səbəbdən ispan karolu V Filipp əmr imzalayıb ki, xaricdən ölkəyə platin gətirilməsinə qadağa qoyulsun. Bundan əlavə qızıl filizi emal olunarkən Kolumbiyada tələb olunurdu ki, qızıl platindən tam təmizlənsin və ayrılan platin xüsusi nəzarət altında (kral məmurlarının) Rio-del-Pinto çayının dərin yerlərində suya atılsın. Artıq İspaniyaya gətirilmiş platin isə xalqın gözü qarşısında təntənəli olaraq dənizdə batırılırdı.

Platini digər macəra Rusiyada gözləyirdi. 1828-ci ildən 1845-ci ilə qədər Rusiyada böyük tirajda, dəyəri 3,6 və 12 rubl olan platin pullar dövriyəyə buraxılmışdır (dünya praktikasında unikal hadisə idi). Hazırda platin pullar az miqdarda və kolleksiyaçılar üçün buraxılır. İş ondadır ki, ural filiz yataqlarında çox platin çıxarmağa başlamışdılar və o vaxt sənaye tətbiqi tapmamışdı. Filiz yataqlarının sahibləri isə (Demidovlar) pul kəsilməsi hesabına öz platinlərini dövlətə satmaqdan böyük fayda görürdülər. Platin pul kəsilməsinin təşəbbüskarı maliyə naziri qraf Qeorq Lüdviq (Yeqor Franseviç) Kankrin (1774-1845) olmuşdur. Onun şərəfinə Qustav Roze mineralı kankrinit adlandırmışdır. 1844-cü ildə Kankrin xəstəliklə əlaqədar olaraq vəzifədən getdikdən sonra yeni nazir platin pul kəsilməsini dayandırdı və kəsilmiş pulları təcili yığmağı tələb etdi. Bu təşvişli tədbirin səbəblərini fərqli dəyərləndirirlər. Bir versiyaya görə bu pulların xaricdə (guya xaricdə platin ucuz idi) saxtalaşdırılmasından qorxurdular (sonra Rusiyaya gətirmək üçün): Lakin dövriyədən çıxarılmış pullar arasında bir dənə də saxta tapılmadı. Digər versiyaya görə (daha həqiqətə yaxın) platinə təlabat və Avropada onun qiyməti o qədər artmışdır ki, pul halında metal nominalından baha idi (platindən kimyəvi qablar hazırlanmasında istifadə olunurdu). Amma, onda artıq digər şeydən qorxmaq lazım idi: gizli olaraq Rusiyadan platin pulları gətirib əridərək külçə halında satıla bilərdi. Maraqlıdır ki, Maykl Faradey 1861-ci ilin fevralın 22-də oxuduğu mühazirədə rus platin pulunu göstərmişdir. Pulların tərkibini analiz edərək o, platin pulda 97% platin, 1,2% iridium, 0,5% rodium, 0,25% palladium, həmçinin mis və dəmir əlavəsinin olduğunu müəyyən etmişdir.Tətbiqi - platin ailəsi elementləri və onların xəlitələri

  • mikroelektronika
  • avtomatika
  • radioelektronika
  • dəqiq cihazqayırma obyektlərində
  • istiyədavamlı kostruksiya materiallarının hazırlanmasında
  • korroziyaya davamlı material
  • müxtəlif kimya sənayesi proseslərində katalizator kimi
  • təbabət və zərgərlik işlərində geniş tətbiq olunur.


Vikianbarda Platin ilə əlaqəli mediafayllar var.



  • İstinadlar

İstinadlar

  1. "platinum (Pt)." Archived 5 April 2012 at the Wayback Machine. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2012. Web. 24 April 2012
  2. Woods, Ian (2004). The Elements: Platinum, The Elements. Benchmark Books. ISBN 978-0-7614-1550-3.
Digər dillərdə
Afrikaans: Platinum
አማርኛ: ፕላቲነም
aragonés: Platín
العربية: بلاتين
asturianu: Platín
تۆرکجه: پلاتین
беларуская (тарашкевіца)‎: Плятына
български: Платина
भोजपुरी: प्लैटिनम
brezhoneg: Platin
bosanski: Platina
català: Platí
Mìng-dĕ̤ng-ngṳ̄: Băh-gĭng
Cebuano: Platino
ᏣᎳᎩ: ᏝᏘᏅᎻ
کوردی: پلاتین
corsu: Platinu
čeština: Platina
kaszëbsczi: Platëna
Чӑвашла: Платина
Cymraeg: Platinwm
dansk: Platin
Deutsch: Platin
Ελληνικά: Λευκόχρυσος
English: Platinum
Esperanto: Plateno
español: Platino
eesti: Plaatina
euskara: Platino
فارسی: پلاتین
suomi: Platina
français: Platine
Nordfriisk: Plaatin
furlan: Platin
Gaeilge: Platanam
Gàidhlig: Platanum
galego: Platino
ગુજરાતી: પ્લેટિનમ
Gaelg: Platinum
客家語/Hak-kâ-ngî: Pha̍k-kîm
עברית: פלטינה
हिन्दी: प्लैटिनम
Fiji Hindi: Platinum
hrvatski: Platina
Kreyòl ayisyen: Platin
magyar: Platina
հայերեն: Պլատին
interlingua: Platino
Bahasa Indonesia: Platina
Ido: Platino
íslenska: Platína
italiano: Platino
日本語: 白金
la .lojban.: jinmrplati
ქართული: პლატინა
Kabɩyɛ: Platɩnɩ
Gĩkũyũ: Platinum
қазақша: Платина
한국어: 백금
kurdî: Platîn
коми: Платина
Кыргызча: Платина
Latina: Platinum
Lëtzebuergesch: Platin
Ligure: Plattino
lietuvių: Platina
latviešu: Platīns
македонски: Платина
മലയാളം: പ്ലാറ്റിനം
монгол: Цагаан алт
मराठी: प्लॅटिनम
кырык мары: Платина
Bahasa Melayu: Platinum
မြန်မာဘာသာ: ရွှေဖြူ
эрзянь: Ашо сырне
Plattdüütsch: Platin
नेपाल भाषा: प्वलाख
Nederlands: Platina
norsk nynorsk: Platina
norsk: Platina
occitan: Platin
Livvinkarjala: Platinu
ଓଡ଼ିଆ: ପ୍ଲାଟିନମ
ਪੰਜਾਬੀ: ਪਲੈਟੀਨਮ
polski: Platyna
Piemontèis: Plàtin
پنجابی: پلاٹینم
português: Platina
Runa Simi: Qullqiya
română: Platină
armãneashti: Platinâ
русский: Платина
संस्कृतम्: प्लेटिनम्
sicilianu: Plàtinu
Scots: Platinum
srpskohrvatski / српскохрватски: Platina
Simple English: Platinum
slovenčina: Platina
slovenščina: Platina
Soomaaliga: Balatiniyaam
shqip: Platina
српски / srpski: Платина
Seeltersk: Platin
Basa Sunda: Platinum
svenska: Platina
Kiswahili: Platini
тоҷикӣ: Платина
Tagalog: Platino
Türkçe: Platin
татарча/tatarça: Агалтын
ئۇيغۇرچە / Uyghurche: Platina
українська: Платина
اردو: پلاٹینم
oʻzbekcha/ўзбекча: Platina
vepsän kel’: Platin
Tiếng Việt: Platin
Winaray: Platino
吴语:
хальмг: Платинум
ייִדיש: פלאטין
Yorùbá: Platinum
Vahcuengh: Gimhau
中文:
文言:
Bân-lâm-gú: Pe̍h-kim
粵語: 白金