PDA (cib kompüteri)

Palm TX

PDA - (ing. Personal Digital Assistant, PDA — «fərdi cib kompüteri») —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur.Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur.Klassik PDA-da zəng etmək xidməti yoxdur.Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində «cib kompüteri» söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinifini ifadə etmir.İngilis dilində bu tip qurğuların bütün sinifi üçün PDA abreviaturası istifadə olunur.

Tarixi

PDA ixitirasının dəqiq tarixi məlum deyil.Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970-1990-ci illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.Bu dövrdə təxminən 10 yeni əməliyyat sistemi və 100-ə yaxın PDA qurğusu istehsal edilmişdir. Orijinal termin ilk dəfə 7 yanvar 1992-ci il John Sculley tərəfindən Las-Veqasda Consumer Electronics Show sərgisində Apple Newton üçün istifadə edilmişdir. Lakin Apple Newton-dan əvvəl də PDA xüsusiyyətlərinə malik ola biləcək cihazlar var idi (Psion ve Sharp Wizard kimi).PDA-ların geniş yayılması Palm şirkəti tərəfindən 1996-cı ildə istehsal olunmuş PalmPilotla başlamışdır.Palmın ilk modeli qısa müddətdə PDA bazarının ən məşhur məhsulu oldu.90-cı illərin sonlarında Microsoft tərəfindın istehsal olunan Pocket PC adı ilə təqdim olundu.Microsoft şirkəti üçün ilk pocket pc HTC tərəfindən hazırlanmışdır.

Digər dillərdə
български: PDA
Cymraeg: Cledrydd
dansk: PDA
Esperanto: Poŝkomputilo
español: PDA
eesti: Pihuarvuti
euskara: PDA
עברית: מחשב כף יד
hrvatski: Dlanovnik
Bahasa Indonesia: Asisten digital pribadi
íslenska: Lófatölva
lumbaart: Palmar
latgaļu: Plaukstinīks
latviešu: Plaukstdators
മലയാളം: പി.ഡി.എ.
norsk nynorsk: PDA
norsk: PDA
polski: Palmtop
slovenščina: Dlančnik
shqip: PDA
svenska: Handdator
اردو: پی ڈی اے