Manqa

Manqa
"Manqa" sözünün kanci ilə yazılışı. 1798-ci ildə Santo Kyoden və Kitao Şiqemasa tərəfindən yazılmış "Mövsümi gedən-gələnlər" kitabından.
NəşriyyatlarShueisha • Kodansha • Shogakukan • Square Enix • siyahı
NəşrlərWeekly Shōnen Jump • Weekly Shōnen Magazine • CoroCoro Comic • Monthly Shōnen Magazine • Weekly Young Magazine • Weekly Young Jump • Ciao • siyahı
SeriyalarDoraemon • One Piece • Dragon Ball • Naruto • Golgo 13 • Black Jack • Kochira Katsushika-ku Kameari Kōen-mae Hashutsujo • Case Closed • Crayon Shin-chan • Oishinbo • Slam Dunk • siyahılar
Dilləryapon
Əlaqəli məqalələr

Manqa (漫画, マンガ?) və ya kommiku (コミック?) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır.[1] Manqaların uzun və mürəkkəb tarixi var.[2]

Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; qulaq as) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur.[3]

Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastikafentezi, cinsəllik, idman və s. Manqaların çoxu digər dillərə tərcümə olunur.[4] 1950-ci illərdən başlayaraq manqalar Yaponiya nəşriyyat sənayesinin başlıca sahəsinə çevrilmişdir.[5] 2007-ci ilin məlumatına görə Yaponiyada manqa bazarının həcmi 406 milyard ¥, 2009-cu ildə isə 420 milyard ¥ təşkil etmişdir.[6] Manqaların ancaq Yaponiyada deyil, digər ölkələrdə də böyük oxuyucu kütləsi var.[7] 2012-ci ildə AvropadaOrta Şərqdə manqa bazarının həcmi 250 milyon $ ilə ölçülmüşdür.[8] 2008-ci ildə ABŞKanadada manqa bazarının həcmi 175 milyon $ təşkil etmişdir. Manqalar əsasən ağ-qara nəşr olunur.[9] Lakin rəngli manqalar da mövcuddur (məsələn, "Colorful"). Manqalar adətən böyük manqa jurnallarında serializasiya olunur. Əgər manqa uğur qazanarsa, fəsilləri toplanaraq tankobon cildlər şəklində buraxılır.[10] Manqa üzərində işləyən sənətçiyə manqaka deyilir. Manqaka əsasən bir neçə köməkçi ilə birlikdə işləyir və bir nəşriyyata bağlı olur.[11] Əgər manqa kifayət qədər populyarlıq əldə edərsə, əsasında anime serialı çəkilə bilər. Bu hətta manqanın serializasiyası zamanı da baş verə bilər.[12] Manqalar əsasında bəzən bədii filmlər və anime filmləri də çəkilə bilər.[13]

Manqalar Yaponiyaya yaxın ölkələrin komiks mədəniyyətlərinə də təsir etmişdir. Bu ölkələrə Çin, Honkonq, Tayvan ("manhua") və Cənubi Koreya ("manhva") aiddir.[14][15]

Digər dillərdə
Afrikaans: Manga
Alemannisch: Manga
አማርኛ: ማንጋ
aragonés: Manga
العربية: مانغا
مصرى: مانجا
asturianu: Manga
беларуская: Манга (мастацтва)
беларуская (тарашкевіца)‎: Манга
български: Манга
Bahasa Banjar: Manga
বাংলা: মাঙ্গা
བོད་ཡིག: མན་གྷ།
বিষ্ণুপ্রিয়া মণিপুরী: মাঙ্গা
bosanski: Manga
català: Manga
čeština: Manga
Cymraeg: Manga
dansk: Manga
Deutsch: Manga
Ελληνικά: Manga
English: Manga
Esperanto: Mangao
español: Manga
eesti: Manga
euskara: Manga
فارسی: مانگا
suomi: Manga
français: Manga
Gaeilge: Manga
贛語: 漫畫
galego: Manga
Gaelg: Manga
עברית: מאנגה
हिन्दी: मांगा
hrvatski: Manga
magyar: Manga
հայերեն: Մանգա
Bahasa Indonesia: Manga
íslenska: Manga
italiano: Manga
日本語: 日本の漫画
Basa Jawa: Manga
ქართული: მანგა
қазақша: Манга
ಕನ್ನಡ: ಮಂಗಾ
한국어: 일본 만화
kurdî: Manga
Latina: Manga
Lëtzebuergesch: Manga
lumbaart: Manga
lietuvių: Manga
latviešu: Manga
македонски: Манга
മലയാളം: മംഗ (കോമിക്)
монгол: Манга
Bahasa Melayu: Manga
Nāhuatl: Manga
Napulitano: Manga
Nederlands: Manga (strip)
norsk: Manga
ଓଡ଼ିଆ: ମାଂଗା
ਪੰਜਾਬੀ: ਮਾਂਗਾ
polski: Manga
português: Mangá
Runa Simi: Manga
română: Manga
русский: Манга
sardu: Manga
Scots: Manga
davvisámegiella: Manga
srpskohrvatski / српскохрватски: Manga
Simple English: Manga
slovenčina: Manga
slovenščina: Manga
shqip: Manga
српски / srpski: Manga
Basa Sunda: Manga
svenska: Manga
Kiswahili: Manga
ślůnski: Manga
தமிழ்: மங்கா
ไทย: มังงะ
Tagalog: Manga
українська: Манґа
اردو: مانگا
oʻzbekcha/ўзбекча: Manga
Tiếng Việt: Manga
Winaray: Manga
吴语: 日本漫画
Yorùbá: Mángà
中文: 日本漫画
Bân-lâm-gú: Ji̍t-pún bàng-gah
粵語: 日本漫畫