Jarqon

Jarqon — Ümumxalq dilindən spesifik söz və ifadələri ilə fərqlənən, yalnız müəyyən ictimai və peşə qrupuna mənsub adamların öz aralarında danışdığı, başqalarının isə başa düşmədiyi şərti "uydurma" dil. Jarqon fransız sözü olub, ehtimala görə, boşboğazlıq, cəfəngiyat deməkdir.

Jarqonun özünün fonetik və qrammatik sistemi yoxdur. O, ancaq müəyyən məhdud kollektivlər arasında yayılmışdır; məsələn: yükdaşıyıcıların, neftçilərin şərti sözləri var: "Vira" (qaldır), "Mayna!" (endir) və s. Bu iki söz dünyanın bütün portlarında məlumdur.

Jarqonlar müxtəlif yollarla yayılır. Onların bir qismi, müəyyən ərazidə ünsiyyət vasitəsi kimi işlənən mövcud dilin sözləri ilə müxtəlif dillərdən alınan sözlərin qarışığı əsasında yaradılır; məsələn Qarabağ sazəndələrinin dilində "Manısın karvası xasdır" ("Bu adamın pulu çoxdur") kimi Jarqon ifadələri olmuşdur.

Jarqonu inkişaf etmiş, müxtəlif peşə və texnika sahələrinə aid dəqiq terminlərlə, zəngin professional dillərlə eləcə də "oğru" jarqonu, cinayətkar ünsürlərin öz aralarında danışdıqları "dil"lə qarışdırmaq olmaz.

Bədii ədəbiyyatda jarqondan üslubi məqsəddə, qəhrəmanların, surətlərin dilini fərqləndirmək üçün istifadə olunur.

İstinadlar


Digər dillərdə
العربية: لغة مهنية
беларуская (тарашкевіца)‎: Жаргон
български: Жаргон
dansk: Jargon
Deutsch: Jargon
Ελληνικά: Ζαργκόν
English: Jargon
Esperanto: Ĵargono
español: Jerga
suomi: Jargon
français: Jargon
Frysk: Jargon
galego: Xerga
עברית: ז'רגון
हिन्दी: वर्गबोली
hrvatski: Žargon
magyar: Zsargon
հայերեն: Ժարգոն
Bahasa Indonesia: Jargon
italiano: Gergo
日本語: 隠語
ქართული: ჟარგონი
қазақша: Жаргон
Кыргызча: Жаргон
Lingua Franca Nova: Jergo
lietuvių: Žargonas
Bahasa Melayu: Jargon
Nederlands: Jargon
norsk: Sjargong
polski: Żargon
português: Jargão
română: Jargon
русский: Жаргон
саха тыла: Жаргон
Scots: Jargon
srpskohrvatski / српскохрватски: Žargon
Simple English: Jargon
slovenčina: Žargón
slovenščina: Žargon
српски / srpski: Жаргон
svenska: Jargong
Türkçe: Jargon
татарча/tatarça: Жаргон
українська: Жаргон
oʻzbekcha/ўзбекча: Jargon
中文: 行話