Biocoğrafiya

Yerin zoocoğrafiyası

Biocoğrafiya – Yer kürəsində müxətəlif biosenozların, həmçinin heyvan, bitki, göbələkmikroorqanizmlərin (növ, cins və b. taksonomik kateqoriyaların) yayılması və paylanması qanunauyğunluqları haqqında elm. Biocoğrafiya biosfer haqqında elmlərdən biri olub tərkibinə zoocoğrafiya və botaniki coğrafiya (fitocoğrafiya) daxildir.

Biocoğrafiyanın müxtəlif bölmələrində orqanizm və biosenozların coğrafi problemləri öyrənilir. Belə ki, aeroloji biocoğrafiya müxtəlif növlərin yayılmasını, areal daxilində onların paylanmasını öyrənərək əldə olunan nəticələrə əsasən xəritələr tərtib edilir. Regional biocoğrafiya floristik və faunistik rayonlaşdırma ilə məşğul olur. Ekoloji biocoğrafiya biokütləni, bioloji məhsuldarlığı tədqiq edir. Biocoğrafiya bitki örtüyü və heyvanat aləminin mühafizəsi və səmərəli istifadəsi, mədəni fitosenozların yaradılması, heyvan və bitkilərin iqlimləşdirilməsi üzrə aparılan işlərin nəzəri əsası hesab olunur.[1]

Biocoğrafiya "Ümumi yerşünaslığın" tərkib hissəsi olub, yer qabığının müxtəlif komponentlərini öyrənən geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, biologiya, tarixi geologiya ilə sıx əlaqəyə malikdir. Ayrı-ayrı orqanizmlərin, bitki örtüyü və heyvanat aləmini təşkil edən qrupların yayılma qanunauyğunluqlarını ətraflı araşdırmaq məqsədilə relyefin, iqlimin, su, havaYer qabığının orqanizmlərin həyatında rolunu müəyyən etmədən planetdə biosenozun coğrafi yayılma qanunlarını əsaslandırmaq mümkün olmazdı.

Digər elmlərlə müqayisədə biocoğrafiya cavan olsa da keçən az vaxt ərzində artıq elmdə və tədrisdə əhəmiyyətli dərəcədə öz yerini tutmuşdur. Biocoğrafiya coğrafiya, biologiya və ekologiya elmlərinin nailiyyətlərini özündə əks etdirməklə canlıların yayılması, inkişafı və ətraf mühitlə qarşılıqlı əlaqələri haqqında elmi və praktiki baxımdan əhəmiyyətli məlumatlar toplusundan ibarətdir.

Digər dillərdə
беларуская: Біягеаграфія
беларуская (тарашкевіца)‎: Біягеаграфія
български: Биогеография
भोजपुरी: जीवभूगोल
বাংলা: জীবভূগোল
bosanski: Biogeografija
català: Biogeografia
čeština: Biogeografie
Чӑвашла: Биогеографи
Deutsch: Biogeographie
Ελληνικά: Βιογεωγραφία
English: Biogeography
Esperanto: Biogeografio
español: Biogeografía
euskara: Biogeografia
français: Biogéographie
हिन्दी: जैव भूगोल
hrvatski: Biogeografija
Bahasa Indonesia: Biogeografi
íslenska: Líflandafræði
italiano: Biogeografia
日本語: 生物地理学
қазақша: Биогеография
한국어: 생물지리학
Кыргызча: Биогеография
Limburgs: Biogeografie
lietuvių: Biogeografija
latviešu: Bioģeogrāfija
македонски: Биогеографија
Bahasa Melayu: Biogeografi
Plattdüütsch: Biogeografie
Nederlands: Biogeografie
norsk nynorsk: Biogeografi
polski: Biogeografia
português: Biogeografia
română: Biogeografie
русский: Биогеография
srpskohrvatski / српскохрватски: Biogeografija
Simple English: Biogeography
slovenčina: Biogeografia
slovenščina: Biogeografija
српски / srpski: Биогеографија
svenska: Biogeografi
Türkçe: Biyocoğrafya
українська: Біогеографія
oʻzbekcha/ўзбекча: Biogeografiya
Tiếng Việt: Địa lý sinh học