İngilis dili |
Orijinal adı: | English, the English language |
---|
Ölkələr: | Böyük Britaniya, ABŞ, Hindistan, Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya, Liberiya, Malta, CAR, Filippin |
---|
Rəsmi status: | De jure: Avstraliya, Kanada, ABŞ, Yeni Zelandiya, Liberiya, Beliz, Britaniya Birliyi ölkələrinin əksəriyyəti, BMT De facto: Böyük Britaniya De jure, digərləri ilə yanaşı: İrlandiya, CAR, Hindistan; Aİ, |
---|
Danışanların ümumi sayı: | Ana dili: 309-400 milyon İkinci dil: 199-1400 milyon[1][2] |
---|
Reytinq: | Ana dili kimi 3-4-cü (ispan dili ilə yanaşı), 2-ci ümumi danışanların sayına görə |
---|
Təsnifatı |
---|
Kateqoriya: | Avrasiya dilləri |
---|
Hind-Avropa dilləri- German dilləri
- Qərbi german dilləri
- Anqlofriz dilləri
|
Yazı: | latın əlifbası (ingilis əlifbası) |
---|
Dil kodları |
---|
ISO 639-1: | en |
---|
ISO 639-2: | eng |
---|
ISO 639-3: | eng |
---|
Bax: Layihə:Dilçilik |
İngilis dili code simvollaşdırma
ISO 639-1 (EN)
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007).
BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.
Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvələrində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.
Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.