Portal:Gürcüstan

Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda ErmənistanTürkiyə ilə həmsərhəddir. Paytaxtı Tbilisi şəhəridir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Hazırda ölkənin ərazisi 69.700 km², əhalisi isə rəsmi rəqəmlərə görə təxminən 3.7 milyon nəfərdir.Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu. 1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etmişdir.

Digər dillərdə